Bu gün Xalq artisti Aygün Kazımovanın 51 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, müğənni özəl günündə də pərəstişkarlarını unutmayıb və onları sevindirib. Kazımova sevənlərinə hədiyyə təqdim etmək qərarına gəlib.
Pop diva yeni rusdilli albomundan olan “Nirvana” mahnısına çəkilmiş klipi təqdim edib.
“Yeni klipimi sizinlə paylaşmaq üçün daha yaxşı gün düşünə bilməzdim!”, - deyə A.Kazımova bildirib.
Xalq artisti yeni klip üzərində işləyərkən ətrafına peşəkarları toplayıb. Klipin rejissoru Əli Abbasov, montajçısı isə Fuad Əlişovdur.
Aygün Kazımovanın obrazları üzərində isə modelyer Elnarə de Birbuet çalışıb.