Azərbaycanlı məşqçi Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edilib.
Bu barədə Kanada Milli Futzal Assosiasiyasının “Facebook” hesabında paylaşım edilib.
“Xoş gəldin, Elnur”, - deyə paylaşımda yeni təyinat elan olunub.
Qeyd edək ki, Elnur Qəmbərov futzal millimizin sabiq üzvüdür. O, baş məşqçi kimi “Khazar Islands” komandasını Azərbaycan çempionu edib. Daha sonra o, ailəsi ilə Kanadaya köçüb.