Xalq artisti Aygün Kazımova İnstaqram səhifəsində meyxanaçı Namiq Qaraçuxurlu ilə videosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, toy məclislərindən birində bir araya gələn ifaçılar “Qısqanıram” mahnısını duet şəklində ifa ediblər.
Xatırladırıq ki, A.Kazımova və N.Qaraçuxurlu 7 illik sevgi münasibətlərindən sonra küsülü ayrılıb, daha sonra barışıq elan etmişdilər.