Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aygünün DJ Devid Vendetta ilə klipi - VİDEO
Xalq artisti Aygün Kazımova dünyaca məşhur DJ Devid Vendetta ilə birgə duetinə klip çəkdirib. “Duy” adlı mahnıya çəkilən klip “Youtube”un “Netd muzik” kanalına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bəstənin sözləri MC Murada, musiqisi isə müğənni ilə Vendettaya məxsusdur.
Fuad Əlişovun rejissorluğu ilə ərsəyə gələn ekran işində A.Kazımovanın dekabrın 1-də “Elektra Hall”dakı konsertindən görüntülər də yer alıb. Xalq artistinin libasları üzərində dünya şöhrətli dizayner Rüfət İsmayıl çalışıb.
Aygünün DJ Devid Vendetta ilə klipi - VİDEO

Rəşad Əliyev
"Aygün Kazımova" teqi üzrə xəbərlər
Ən çox oxunanlar