Bu il ölkəmizi “Eurovision 2018” mahnı yarışmasında “X my heart” mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.
Oxu.Az xəbər verir ki, onun məşqdən olan videosu "Youtube" portalında yayımlanıb.
Ağ geyimdə xüsusi səhnə dekorasiyası ilə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.
Qeyd edək ki, yarışmanın ilk yarımfinalı may ayının 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.
Aysel “Eurovision”da ilk məşqini edib – FOTO + VİDEO
Pərviz Hüseyn
Rəylər