Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aysel “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq – FOTO
63-cü “Eurovision” mahnı müsabiqəsinə hazırlıqlar tam sürətlə davam edir
Oxu.Az xəbər verir ki, “X My Heart” (Cross My Heart) mahnısı ilə ölkəmizi Portuqaliyada keçiriləcək müsabiqədə təmsil edəcək Ayseli səhnədə kimlərin müşahidə edəcəyi məlum olub.
Bu barədə yarışmanın Azərbaycan üzrə rəsmi fan klubu “Infe Azerbaijan” səhifəsi məlumat yayıb.
Bildirilir ki, təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.
Qeyd edək ki, əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Ayselin bək-vokalçısı kimi Azərbaycan komandasında yer alıb.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər