Rusiyanın paytaxtı Moskvada “Kainat gözəli” müsabiqəsinə qızğın hazırlıq gedir.
Oxu.Az xəbər verir ki, müsabiqə iştirakçıları olan gözəllər Kreml sarayını və Böyük Teatrı gəziblər, çimərlik geyimlərində müxtəlif şəkillər çəkdirərək, podiuma çıxıb və partilərə qatılıblar.
“Kainat gözəli” müsabiqəsində Azərbaycanı təmsil edən model Aysel Manafova da yeni, çimərlik paltarında olan fotolarını sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, müğənni-bəstəkar Emin Ağalarov tərəfindən təşkil edilən “Kainat gözəli” müsabiqəsi noyabrın 5-i və 9-da baş tutacaq.