Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ayşvariya Ray Kann Kinofestivalının qırmızı xalısına Azərbaycan brendinin libasında çıxdı - FOTO/VİDEO
Hindistanlı model və aktrisa Ayşvariya Ray Baççan Kann Film Festivalının qırmızı xalısında Azərbaycan brendi “Sophie Couture”un libası ilə görünüb.
Media.az xəbər verir ki, o, Meksika əsilli italyan aktrisa, teleaparıcı və model Patrisiya Qloriya Kontrerasın ötənilki seçimini təkrarlayıb. 2022-ci ildə Kotreras da Kann Film Festivalının qırmızı xalısına Azərbaycan brendinin libası ilə çıxmışdı.
Yeri gəlmişkən, bu, “Sophie Couture” markasının ilk uğuru deyil. Bir çox məşhurlar müxtəlif böyük tədbirlərdə bu brendin geyimlərinə müraciət ediblər.
Məsələn, televiziya ulduzu Zuri Holl və model Nikol Uilyams “Oskar” mərasiminə Azərbaycan brendinin libasında qatılıblar.
Həmçinin, Seraya Rani MakNil “Qremmi 2023” mərasimi üçün “Sophie Couture” libasını seçib.
Brendimizin geyimlərinə biganə qalmayan ulduzların siyahısını davam etdirmək də olar.
Qeyd edək ki, “Sophie Couture”un yaradıcısı Günel Babayevadır. Gənc modelyer şirkətin təsisçisi və yaradıcı direktorudur. Onun Bakıda və Dubayda atelyeləri var.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda qar uçqunu: Səkkiz nəfər öldü, onlarla insan xilas edildi
- Məşhur hind aktyorunun film çəkilişi zamanı halı pisləşdi: İki gün sonra VƏFAT ETDİ
- Hindistanda işçilər qar uçqunu altında qalıblar: Onlarla insan itkin düşüb
- Qlobal borc rekord həddə çatıb
- Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu