Bakıda “ADDIM Gənclər Təşkilatı” və “AES Group”un təşkilatçılığı ilə möhtəşəm şou baş tutacaq.
Oxu.Az-a bu haqda məlumatı “AES Group”un prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyev verib.
“Noyabrın 23-də norveçli modelyer, əslən azərbaycanlı olan Şervin Nəcəfpurun Bakıda “Atropatena” adlı moda sərgisi keçiriləcək. Tədbirdə yerli dizaynerlər də iştirak edəcəklər”.
Məlumat üçün bildirək ki, “Shervin Nacafpour” Norveçdə bir çox ulduzların istifadə etdiyi Avropa brendidir və bu, onun Bakıda ilk nümayişidir. Modelyer işlərində Azərbaycanın adət-ənənəsi və simvollarından yararlanır. Məqsəd Azərbaycanı Norveçdə və dünyada tanıtmaqdır.
Kolleksiyanın əsas ilham qaynağı Atropatena imperiyasından alınıb. Qış və yaz kolleksiyaları modern ve klassik stiliuetlərdən ibarətdir. Geyimlərdə Azərbaycanın tarixi yerlərindən simvollar da öz əksini tapır.
Qeyd edək ki, gecənin musiqili qonağı “Eurovision” təmsilçimiz Dilarə Kazımova olacaq. Türkiyədə yaşayan həmyerlimiz, model Könül Əzizova tanınmış norveçli modelyer Şərvin Nəjəfpurun yeni moda kolleksiyasında əsas model olaraq çıxış edəcək.Tədbirin təşkilatçıları Aqil Məmiyev və Sənan Kazımovdur.
Aytən Sadıqzadə
www.oxu.az