“Miss Azerbaijan 2014”ün qalibi Cavidan Qurbanova Amerikaya istirahətə yollanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, modelin sevgilisi Orxan Məmmədov adlı şəxs ABŞ-da yaşayır. O, San-Fransisko Dövlət Universitetində təhsil alır.
Azərbaycan gözəli, həmçinin iyunun 5-də Las-Veqasda, “T-Mobile Arena”da keçirilən “Miss USA 2016” gözəllik müsabiqəsini izləməyə də vaxt tapıb.
Xatırladaq ki, adıçəkilən yarışmanın qalibi Kolumbiya dairəsinin təmsilçisi və ordu zabiti Deşona Barber olub.