Show Production-ın təşkilatçılığı ilə Azərbaycan televiziya məkanında ilk dəfə olaraq “Azərbaycan gözəli” adlı müsabiqə keçiriləcək.
Oxu.Az xəbər verir ki, layihədə iştirak edəcək iştirakçılar ölkənin hər bir regionundan seçilmiş modellərdən ibarət olacaq. Bu haqda məlumatı tanınmış təşkilatçı Aqil Məmiyev verib:
“Hesab edirəm ki, Azərbaycanın hər bir regionundan seçilmiş modellərin yarışmasına tamaşaçılar böyük maraq göstərəcək. Yarışma zamanı həm də milli-mənəvi dəyərlərimizi əks etdirən Azərbaycan mədəniyyəti də təbliğ ediləcək. Belə ki, yarışmada iştirak edən model xanımlar Azərbaycana məxsus olan milli geyimlərdən də istifadə edəcəklər. Bu, televiziya layihəsidir. Eyni zamanda realiti-şou xarakterli bir layihə olması nəzərdə tutulub. Layihədə səsvermə sms, sosial Media və xalqın səs verməsi formasında aparılacaq. Birinci yerin qalibinə xaricdə ölkəmizi təmsil etmək və avtomobil hədiyyə olunacaq”.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az