Bu gün Qaradağ və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Belə ki, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ərazilərdə qazın verilişində məhdudiyyətlər olacaq.
www.oxu.az