Gökhan Eroldan yeni xəbər var.
Oxu.Az xəbər verir ki, müğənni fevral ayında Almaniyanın “Grammophon Dortmund” restoranında Almaniyada yaşayan türkiyəliləri və azərbaycanlıları verəcəyi konsert proqramı ilə bir araya toplayacaq. Sözügedən konsertin təşkilatçısı Həsən Dərədir.
Konsertdə G.Erolla bərabər məşhur türk müğənnisi Dəniz Gencay da səhnəyə çıxacaq.
Oxu.Az-ın "Almaniyada Azərbaycan mahnılarını da səsləndirəcəksinizmi?" sualına isə müğənni:
“Təbii ki. Repertuarımda hər zaman azəri mahnılarına yer ayırıram. Getdiyim bütün konsert salonlarında da sevə-sevə səsləndirirəm”- deyə cavab verdi.

Aytən Sadıqzadə
www.oxu.az