Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın “Eurovision”dakı rəqibləri bəlli oldu - FOTO
Azərbaycanın “Eurovision 2019” mahnı müsabiqəsindəki təmsilçisi mayın 16-da Təl-Əvivin Sərgi Mərkəzində keçiriləcək ikinci yarımfinalda çıxış edəcək.
Oxu.Az xəbər verir ki, ötən gün Təl-Əviv İncəsənət Muzeyində keçirilən püşkatmanın nəticələri belə olub.
Azərbaycan təmsilçisi ilə yanaşı, ikinci yarımfinalda Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveçrə və İsveçrədən olan ifaçılar çıxış edəcək.
Birinci yarımfinalda isə Slovakiya, Belarus, Çexiya, Monteneqro, Kipr, Serbiya, Finlandiya, Polşa, Macarıstan, Estoniya, Portuqaliya, San-Marino, İspaniya, Gürcüstan, Yunanıstan, Avstraliya, Belçika, Ukrayna və Yunanıstan təmsilçiləri səhnəyə çıxacaq.
Hər yarımfinaldan növbəti mərhələyə 10 iştirakçı adlayacaq. Finalda isə onlara İsrail, Fransa, İspaniya, Almaniya, İtaliya və Böyük Britaniya qoşulacaq.
Yarımfinallar 14 və 16 may tarixlərində, final isə mayın 18-də baş tutacaq. İsrail buna qədər iki dəfə (1979 və 1999) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib.
Второй Полуфинал поинтереснее будет😆#Eurovision #DareToDream #Eurovision2019 pic.twitter.com/wFMp3X9sw1
— Даниссимо (@dan1ss1mo) 28 января 2019 г.
🇪🇺 EUROVISION 2019
— Eurovisong (@Eurovisong) 28 января 2019 г.
The results of the Semifinal Allocation Draw
Source: https://t.co/IUmoczViPj#Eurovision #Eurovision2019#TelAviv2019🇮🇱 #daretodream #Eurovisong2019 #semifinal pic.twitter.com/CXiOzzFmMG
"Almaniya" teqi üzrə xəbərlər
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
- Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
Rəylər