Tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva polisə çağırılıb.

Oxu.Az-ın ölkə.az-a istinadla məlumatına görə, ifaçı ötən gün Abşeron Rayon Polis İdarəsinə çağırılaraq, ondan izahat alınıb və sərbəst buraxılıb.
Bildirilir ki, əməkdar artist polisə tanınmış vokal ifaçısı Ülvi Qılıncın şikayət ərizəsi əsasında çağırılıb.

E. Abdullayeva Oxu.Az-a açıqlamasında haqqında yayılan xəbəri təkzib edib.