Avqustun 15-də İzmirdə “Miss Exclusive of the World 2015” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.
Oxu.Az-a bu haqda məlumatı müsabiqənin milli direktoru, tanınmış təşkilatçı Aqil Məmiyev verib.
Onun sözlərinə görə, “Miss Exclusive of the World 2015” müsabiqəsində ölkəmizi təmsil edən 18 yaşlı modelimiz Günel Şirəliyeva 10 gündür ki, Türkiyənin İzmir şəhərindədir.
“Yarışmaya hazırlıq tam sürətlə davam edir. Onu da qeyd edim ki, müsabiqədə Azərbaycanda yaşayan, amma əslən tatar olan Liliya Alekseyeva da iştirak edərək Tatarstanı təmsil edəcək.
Müsabiqənin milli geyim gecəsində Azərabaycan və Tatarstan təmsilçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın geyimlərini nümayiş etdirəcəklər”,- Məmiyev vurğulayıb.
Xatırladaq ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 42 ölkəsindən qızlar iştirak edir. Final Bakı vaxtı ilə saat 23.00-da Kral TV-də canlı yayımlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az