Müğənni Ruhəngiz Musəvi ərindən danışıb.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, ikinci dəfə ailə həyatı quran ifaçı “Düzünü desək” verilişində əri ilə bağlı maraqlı açıqlama verib:
“Mənə hər zaman öz yaşımı vermirlər. Gənc qızlara oxşayıram. Bunu etiraf edim ki, ikinci ərim məndən 10 yaş balacadır. O, məndən böyük görünür. Hündürboy biridir. Çox müğənnilər onu məclislərdə görüb. Birinci yoldaşımdan yox, ikinci yoldaşımdan diqqət görmüşəm. Hər zaman məni qoruyub, diqqət göstərib. Onunla ailə həyatı quranda elə bil o evə təzə gəlin gəlmişdim. O, subay idi. Hər yerə özü aparıb, gətirirdi. Onunla kəbinim var idi. Ailəsi də indi bizə baxır. Onu deyim ki, ilk dəfə onunla evlənməyi istəmirdim. Övladımızın olmasını da istəyirdi. Mən istəmirdim”.