Bakının Üzeyir Hacıbəyov küçəsində yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, idarəetməni itirən “Chevrolet Lacetti” markalı avtomobil Bakıda yerləşən “Ferrari” avtomobil salonunun reklam lövhəsinə çırpılıb.
Qəza nəticəsində maşın və “Ferrari” avtomobil salonunun reklam lövhəsi yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Əhmədov