Müğənni Aslan Hüseynov məşhur özbək müğənnisi Nəsibə Abdullayeva ilə işbirliyi qurub.
Oxu.Az xəbər verir ki, Lider telekanalında Murad Arifin aparıcılığı ilə yayımlanan “Solo” verilişində qonaq olan müğənni bu barədə danışıb:
“Yaxın günlərdə Nəsibə xanım Bakıya toya gəlmişdi. Onunla görüşüb birgə iş barəsində söhbət etdik. Onun Azərbaycandakı prodüseri mən olacağam. Kimə Nəsibə Abdullayeva ilə bağlı nə lazımdırsa, mənimlə əlaqə saxlasın. Onunla eyni zamanda, yeni layihə hazırlayırıq. Həmin layihədə bir mahnımı Nəsibə xanımla ifa edəcəyəm”.
Aytən Sadıqzadə
www.oxu.az