Rusiyanın Soçi şəhərində ötən gün açılışı olan 22-ci Qış Olimpiyadasının ilk qızıl medalı qazanılıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, ilk medala amerikalı snoubordçu sahib çıxıb.
Seyc Kotsenburq finalda 93,50 bal nəticə göstərib. İkinci yerin sahibi Norveç təmsilçisi Stol Sandbek 91,75, bürünc medalı qazanan kanadalı Mark Makmorris isə 88,75 bal toplayıb.
Norveçli xizəkçi Marit Borqen də skiatlon üzrə 15 km məsafədə qızıl medala sahib çıxıb. İdmançı yarışın birinci yarısında klassik, ikinci də isə sərbəst şəkildə icra edib. Borqen üçün bu 4-cü olimpiya medalı olub.