“Baltika 2014” Beynəlxalq Folklor festivalında çıxış edən gənc müğənni Kamil Cəfərov vətənə qayıdıb.
Oxu.Az-ın məlumatına görə, Litva prezidenti xanım Dalya Qribauskaytenin qəbulunda olan Kamil iyulun 17-də Azərbaycana qayıdıb.
İfaçı təəssüratlarını Oxu.Az-la bölüşüb:
“Çox şadam ki, Azərbaycanı Litvada musiqi festivalında təmsil etdim. Ən yadda qalan çıxış bizim “Qarabağ muğam” qrupumuz oldu. Məni tarda Ramin Rüstəmov, kamançada İlxas Məmmədov müşayiət edirdi. Çıxışımızdan sonra Litvanın mədəniyyət naziri, növbəti gündə isə Litva prezidenti bizimlə görüşmək istədiyini söylədi. Litvanın prezidenti və biz də görüşdən məmnun qaldıq. O bizə sənət uğurları arzulayaraq, Azərbaycan musiqisini çox sevdiyini söylədi”.
Qeyd edək ki, “Xalq ulduzu” yarışmasının yadda qalan iştirakçılarından olan Kamil Cəfərov xalq artisti Canəli Ələkbərovun tələbəsidir.