Rusiyalı müğənni, “A STUDİO” qrupunun solisti Keti Topuriya Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, məşhur ölkəmizdə çəkdirdiyi fotoları İnstagram hesabında paylaşıb. Müğənni fotolara “Mən çox istedadlı bir dostumun klipində çəkilmişəm. Hələlik onun adını açıqlamaq istəmirəm” sözlərini yazıb.
Qeyd edək ki, iki gün öncə “Naçistatu” (“Açıq”) adlanan mahnıya Bakıda klip çəkdirən Emin yeni klipindən fotoları İnstagram səhifəsində paylaşaraq “Necə düşünürsünüz, klipdə əsas obrazı kim canlandırıb?” sualı ilə izləyicilərinə müraciət etmişdi.
Düşünürük bu, bir təsadüf deyil. Yəqin ki, hər iki məşhur həmin klipdə birlikdə rol alıblar.
Məlumat üçün bildirək ki, çəkilən ekran işinin təqdimatı Yurmalada keçiriləcək “Yeni dalğa 2014” müsabiqəsində baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az