Tanınmış müğənni Elşad Qarayev Rəmişlə toy sahibi ilə mübahisəsindən danışıb.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, “Evdəyik” verilişinin qonağı olan sənətçi illər öncə toy məclislərinin birində gitara ifaçısı Rəmişlə başlarına gələn əhvalatı danışıb:
“Bir gün rayonların birində Rəmişlə toyda iştirak edirdik. Məclis sona çatana yaxın, toy sahibi və qardaşı bir-birinə deyir ki, sən bunlarla pulu çox danışmısan, mənə desəydin ucuz danışardım. Rəmişə dedim, qardaş bunlar deyəsən pulumuzu kəsmək istəyirlər. Toyu edən kolxoz sədri idi. Toy bitəndən sonra, Rəmiş həmin kişiyə deyir: Bizim pulumuzu nə vaxt verəcəksiz? Səs çıxmadı. O vaxt “vilis” maşını ilə toya getmişdik. Onunla körpüdə, Kürün üstündə söhbət edirdik. Rəmiş bizimlə gələn musiqiçilərə dedi ki, aşırdın bunu kanala. Hamımız güc eləyib, “vilis”i aşırdıq kanala, kişi də onun içində. Sonra Bakıya qayıtdıq. Rəmiş bizimlə gedən bütün musiqiçilərin pulunu öz cibindən verdi”.