Türkiyədə yaşayan azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu vəfat edib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Antalya Dövlət Opera və Balet Teatrının solisti olan bariton səsli sənətkar 59 yaşında, xərçəng xəstəliyindən müalicə aldığı Akdeniz Universiteti Xəstəxanasında dünyasını dəyişib.
O, 1999-cu ildən Azərbaycandan Türkiyəyə gedərək Antalyaya yerləşib. M.Rəsuloğlu 2 ildir xərçəngdən müalicə olunurdu. Həkimlərin səylərinə baxmayaraq, ötən ay əməliyyat keçirən ifaçını xilas etmək mümkün olmayıb.
Müğənninin cənazəsi bu gün dəfn olunmaq üçün ailəsinin və yaxınlarının yaşadığı Azərbaycana gətiriləcək.
A.S.
www.oxu.az