Günel Zeynalova “Onlar” verilişində bu barədə açıqlama verib.
Oxu.Az Gecce.az-a istinadən xəbər verir ki, Azərbaycana qonaq gələn Günel burada konsert keçirmək barədə istəklərini dilə gətirib.
Amma ifaçının istəyi ürəyində qalıb. Belə ki, müğənniyə konsert keçirmək qarşılığında xoş olmayan təkliflər ediblər:
“Hər dəfə konsert keçirmək istədiyimi deyirəm, amma kimsə yaxın durub öz öhdəsinə götürmək istəmir. Əgər qarşılığında nəsə gözləyirsinizsə, bizdə o qarşılıq yoxdur. Deməli, bu sənətdə bir neçə nəfər ucbatından hamıya eyni nəzərlə baxırlar. Mənə də pis təkliflər ediblər. Hər dəfə bura gələndə qulaqlarımı pis-pis xəbərlərə görə tıxayıram. Allah bizi yolumuzdan azdırmasın”.
E.Ə.
www.oxu.az