Oxu.Az AzVision.az-a istinadla “Space”-in aparıcısı Aytən Əlizadə ilə yeni fotosessiyanı təqdim edir.
Qeyd edək ki, Aytən iyulun 4-də Bakı şəhərində doğulub, xərçəng bürcündəndir. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. İlk iş yeri prodakşnlardan birində olub. Orada hazırladığı veriliş hazırda “Space” telekanalında yayımlanır.
Daha sonra “Lider” kanalında “Ada” verilişində aparıcılıq edib. Ardınca “ANS”-də “Gəzək-görək” verilişində çalışıb. Hazırda “Space” telekanalında “Hava proqnozu” verilişini və “Hər bir havada” maqazin proqramını aparıram.
Hobbisi maşın sürməkdir. Bir də ki, uşaqlıqdan aksessuar toplamağı xoşlayır, evdə çoxlu gümüş aksessuarı var.
Sevmədiyi xüsusiyyəti tez özündən çıxması və tez sakitləşməsidir. “Xoşbəxtliyi pulda görmürəm. Çox kiçik şeylərdən xoşbəxt ola bilərəm. Sevdiyim işlə məşğul olmaq və ailəmin yanımda olması məni xoşbəxt edir”,- deyir Aytən.