Azəri Günel Türkiyənin “Show Tv” kanalında yayımlanan müğənni Gülben Ergenin aparıcısı olduğu “Gülben” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, bugünkü verilişə Günel atası Rəhman Zeynalovla qatılıb.
Azəri Günel atasının ona görə sənətdən uzaqlaşdığını söyləyib:
“Atam mən müğənni olmamışdan əvvəl öz sənəti ilə məşğul olurdu. Hər gün klarnetdə ifa edirdi. Lakin o, mənə görə öz sənətini atıb”.
Rəhman Zeynalov isə 15 ildir klarnet ifa etmədiyini deyib.
Fotolar müğənninin İnstagram səhifəsindən götürülüb.