Bolqar əsilli qalmaqallı sənətçi Azis anasının şəklini öz İnstagram hesabında paylaşıb.
Oxu.Az xəbər verir ki, şəklə baxdıqda bu gənc xanımın heç də Azisin anası olmasını təsəvvür etmək olmaz.
Qeyd edək ki, Azərbaycan paytaxtında qalmaqallı bolqar ifaçısı Azisin çıxışı gözlənilir.
Ekstravaqant bolqar ulduzun Bakıda konsertinin təşkilatçısı Samir Xəttabdır.
S.Xəttab qeyd edib ki, konsert 2015-ci ilin iyul ayının 25-də baş tutacaq.
Eləcə də qeyd edilib ki, alınan biletlər geri qaytarılmır və dəyişdirilmir.Biletləri yalnız şəxsiyyət vəsiqəsi ilə əldə etmək mümkündür.