Azərbaycan paytaxtında qalmaqallı bolqar ifaçısı Azisin çıxışı gözlənilir.
Oxu.Az xəbər verir ki, ekstravaqant bolqar ulduzun Bakıda konsertinin təşkilatçısı Samir Xəttabdır.
S.Xəttab qeyd edib ki, konsert 2015-ci ilin iyul ayının 25-də baş tutacaq.
Biletlərin qiyməti açıqlanıb. Ayaqüstü yerlərin qiymətləri 50 manat, VİP 100 manat, Gold VIP 250 manat olacaq.
Eləcə də qeyd edilib ki, alınan biletlər geri qaytarılmır.
Müğənni bakılılara videomüraciət yazıb. Bakılıları salamlayan Azis onları iyulun 25-də öz konsertində gözlədiyini deyib.
