Fransada yəhudi qəbiristanlığında yüzlərlə qəbir təhqir olunub. Bu barədə Agence France-Presse məlumat verib.
Məlumata əsasən, naməlum şəxslər qəbiristanlıqda başdaşlarını boyayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bəyan edib.
Xatırladaq ki, yanvarın əvvəlində Parisin şərqində yəhudilərə məxsus mağazaya hücum zamanı dörd nəfər həlak olmuşdu. Fransa prezidenti Fransua Olland yəhudilərin müdafiəsini təmin edəcəyinə söz verərək, onları ölkəni tərk etməməyə çağırmışdı.
Öncə İsrailin baş naziri Benyamin Netanyahu Fransa yəhudilərinə İsrailə qayıtmağı təklif edib.
O, xatırladıb ki, məhz bu ölkə onların vətənidir. Bu barədə baş nazir Parisdə mağazaya hücum və girovların götürülməsindən sonra bəyan etmişdi.
www.oxu.az