Dünyaca məşhur qadın moda və üslub dərgisi “Harper's Bazaar”ın Hindistan versiyası Azərbaycanın paytaxtı Bakıda müxtəlif tərzlərdə modelin foto və videolarını lentə alaraq, qlamur, şık və dəbdəbəli görüntülər təqdim edib.
Oxu.Az xəbər verir ki, super layihənin çəkilişləri Bakının memarlıq incisi sayılan Heydər Əliyev Mərkəzində baş tutub.
“Harper’s Bazaar”ın Hindistan versiyasının yanvar-fevral saylarında yayımlanan şəkillərin müəllifi fotoqraf Kai Sukumardır. Görüntüləri daha da cəlbədici etmək üçün çəkilişdə cazibədar model Anuqraxa Nataradja iştirak edib.
Dəridən hazırlanmış qırmızı libasda və eyni rəngdə uzun çəkmələrlə kamera önünə keçən Anuqraxa cəsarətli pozları ilə gözqamaşdırıb.
Bu gönderiyi Instagram'da gör"Bakı" teqi üzrə xəbərlər
- Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat
- Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
- Bakıda avtomobil yük maşınına çırpıldı: Sürücü öldü
- Ayrılmaq istəyən sevgilisini maşında döydü
- Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto
Digər xəbərlər