Azərbaycan “Red Bull 3Style” dünya finalında yarışmaq üçün ən yaxşı milli DJ-ləri Bakıda bir araya gətirəcək.
Oxu.Az xəbər verir ki, Polşanın Krakov şəhərində keçiriləcək qlobal yarış indiyə kimi olan ən böyük yarışma olacaq.
Dünyanın hər yerindən olan DJ-lər Polşanın Krakov şəhərində dünya kuboku qazanmaq ümidi ilə mübarizə aparacaqlar.
Dünya turu Avropa, Asiya, Sakit Okean və Amerika boyunca yenidən sentyabrdan noyabra qayıdacaq. Milli final tədbirləri bizim münsiflər heyətimizin seçdikləri 6 DJ arasında 20-dən artıq ölkədə keçiriləcək. Milli finalçılar öz orijinallıqları, bacarıqları, musiqi seçimləri və kütlənin reaksiyasına əsasən seçiləcəklər.
Azərbaycan üçün milli finalçılar:
DJ TIM
DJ RaSL
DJ J-Watt
DJ Shadow
DJ Farra
DJ OsM
"Red Bull 3style" Dünya Çempionu olmaq ümidi ilə musiqi fanatlarını əyləndirmək və əfsanəvi münsifləri təsirləndirmək üçün DJ-lərin performans göstərdiyi qlobal platformadır.
Müsabiqənin qaydaları sadədir. Hər bir DJ-ə 15 dəqiqə vaxt verilir və bu müddətdə 3 müxtəlif janrda musiqi ifa etməlidir və ifalar aşağıdakı kriteriyalara əsasən dəyərləndirilir: Originallıq, Bacarıq, Musiqi Seçimi və əlbəttə ki, Kütlənin Reaksiyası.
İiştirakçı ölkələrin siyahısı:
FRANSA
NİDERLAN
ÇEXİYA
İSVEÇRƏ
İTALİYA
POLŞA
ALMANİYA
TAYLAND
TAYVAN
YAPONİYA
CƏNUBİ KOREYA
MEKSİKA
FİLİPPİN
İNDONEZİYA
ARGENTINA
ÇİLİ
BRAZİLİYA
ABŞ
KANADA
ALBANİYA
AZƏRBAYCAN
CƏNUBİ AFRİCA
LİVAN
E.Ə.
www.oxu.az