MDB-də populyar olan RnB ifaçısı Byanka da “Buzlu su aksiyası”na qoşulub.
Oxu.Az xəbər verir ki, bir çox məşhurun qatıldığı fləşmobu Byanka seksual formada təqdim edib.
Ötən həftə Bakıya səfəri zamanı müğənni Xəzər dənizinin sahilində çəkilmiş videoçarxı “İnstagram” hesabında paylaşıb.
Qeyd edək ki, bu aksiyada məqsəd ASL xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdir. Aksiyada iştirak edəcək şəxslər ya 24 saat ərzində başına buzlu su tökməli, ya da 100 dollar ödəməlidir.