Son illərdə Azərbaycanda yay mövsümünün əsas hadisələrindən olan “Jara-2020” beynəlxalq musiqi festivalının başlanmasına iki ay qalır.
Oxu.Az xəbər verir ki, dünyanı cənginə alan təhlükəli koronavirus pandemiyasına baxmayaraq, sözügedən layihə baş tutacaq.
Bunu biletlərin artıq satışa çıxarılması sübut edir. Planlaşdırıldığına görə, festival iyulun 29-dan avqustun 2-nə qədər paytaxtın “Sea Breeze” istirahət kompleksində keçiriləcək.
Beləliklə, 70 gündən sonra “Jara-2020” beş gün öz hərarəti, möhtəşəm ulduz paradı və onların bir-birindən rəngarəng şouları ilə tamaşaçıların qəlbini isidəcək.
Bənzərsiz “Jara-2020” beynəlxalq musiqi festivalına biletləri “iticket.az” saytından onlayn əldə etmək mümkündür.
View this post on Instagram"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ağır qəzada ölən gəncin fotoları
- Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto
- Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat
- Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
- Ayrılmaq istəyən sevgilisini maşında döydü
Digər xəbərlər