İyulun 12-də Jumeirah Bilgah Beach Hotel-də yerləşən Equinox Beach Club-da KKM Production şirkəti MTV Black Party təşkil edəcək.
Oxu.Az xəbər verir ki, gecənin xüsusi qonaqları Black Star Inc və gürcü mənşəli Rusiya reperi, Marselle qrupunun keçmiş iştirakçısı DJ Pill ilə WDKTZ qrupunun yaradıcısı L'One olacaq.
Xatırladaq ki, reperə populyarlığı 2013-cü ilin rus hip-hop hitinə çevrilən “Hamı dirsəkləri ilə oynayır” treki gətirib.
Gecənin Line up-ı back2back: DJ Razy Freeman & DJ Seym və KKM Production-ın baş rezidenti DJ China, eləcə də go-go rəqqasələri tərəfindən təqdim ediləcək.