Azərbaycanda bütün dünyada trend halını almış “texno” üslubda moda nümayişi keçirilib.
Oxu.Az Axsam.az-a istinadən xəbər verir ki, “Buta Palace”ın səhnəsində texno musiqinin sədaları altında texnologiyanın ən son elementlərini özündə cəmləşdirən libaslar sərgilənib.
Libasları nümayiş etdirən modellər arasında Səbinə Allahverdiyeva, Maya Cəfərova, Məryəm Hüseynova və Solmaz Allahverdiyeva yer alıb.
Qeyd edək ki, “Texnomoda” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, “HP” şirkətinin rəsmi dəstəyi, “Iteca Caspian”nın təşkilatçılığı ilə Bakıda keçirilən “Bakutel-2013” Azərbaycan beynəlxalq informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində reallaşıb.
Sərginin qala gecəsində qonaqlar milli rəqslər, saksafon ifaçısı Akif Süleymanbəyli, Humay Süleymanbəylinin ifalarını da izləyiblər.
Aparıcılığını Cavid Gülün etdiyi gecədə xarici ölkələrdən və Azərbaycandan nüfuzlu şəxslər iştirak edib.