Bakıda hündür mərtəbəli binada baş verən yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın 19 kvadratmetr ərazini əhatə edib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıblar.
16:09
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, yanğın Zərdabi - 71 a ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışırlar.