Bekhemlər ailəsində münasibətlərin gərginləşməsinə dair şayiələr bu ilin əvvəlindən yayılıb.
Viktoriya və Devidin boşanmasına dair söhbətlərin yaranmasına ilkin olaraq cütlüyün yaxın yarım ildə ayrı-ayrı (Viktoriya biznesini genişləndirmək istəyirdi, Devid isə uşaqlarla həmin vaxt Los-Ancelsedə qalacaqdı) yaşayacaqlarını bəyan etmələri səbəb olub.
Daha sonra məlum olub ki, futbolçu arvadının şirkəti ilə müqaviləni pozub və onlar artıq biznes tərəfdaşı deyillər.
Deməli, bu yalnız əmlakın deyil, eləcə də biznesin bölünməsi istiqamətində atılan ilk addımdır.
Cütlük isə onların barəsində gəzən bütün söz-söhbətləri cavabsız qoyaraq bu məsələdə danışmaq haqqını Bekhemin nümayəndəsinə həvalə edib.
“Bu əhvalatda bir az da olsa həqiqət yoxdur. Bunu iddia edənlər qarabasmadan əziyyət çəkənlərdir”,-deyə Bekhemin nümayəndəsi bildirib.