Devid və Viktoriya Bekhemlərin problemlərinə dair şayiələr artıq altı aydan çoxdur ki, gəzir. Və ulduz cütlük ictimaiyyəti bu dedi-qoduların əsassız olmasına inandıra bilməyib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Bekhemlərin 17 illik ailə həyatlarında bir çox problemləri olub. Amma son zamanlarda vəziyyət daha da kəskinləşir.

Səbəb – Devidin ABŞ-a köçməsidir. O, futbol klubu almaq və onunla bağlı işlər görmək fikrinə düşüb.

Hal-hazırda Devid Amerikadadır, praktiki olaraq ailəsi ilə görüşmür, Viktoriya isə dörd uşaqla Londonda qalıb.

