Azərbaycanın “Eurovision 2015” təmsilçisi Elnur Hüseynov ötən gün promo-tur çərçivəsində Belçikada olub.
Oxu.Az-ın məlumatına görə, o, “Menttv” telekanalına, mediawatchers.be saytına müsahibə verib və videotəqdimat üçün çəkilişdə iştirak edib “TV Limburg”in efirində “Hour of the Wolf” müsabiqə mahnısını səsləndirib. Bundan əlavə Elnur müsabiqə həmkarı olan Belçika nümayəndəsi Loik Notte ilə görüşüb.
Loik Elnur haqqında xoş sözlər deyib:
“Hour of the Wolf” çox güclü və ürəyə toxunan bir mahnıdır. Elnurun isə gözəl səsi var.Musiqi videosunu da bəyənirəm. Elnur hər şeydən öncə musiqiçidir və onun haqında ən xoşuma gələn cəhət məhz budur".
Aytən Sadıqzadə