Fələstin əsilli amerikalı super model Bella Hadid “Fendi” brendinin yeni kampaniyasının qəhrəmanı olub.
Bununla bağlı fotolar super modelin “Instagram” hesabında paylaşılıb.
24 yaşlı modelin markanın yeni kolleksiyasından nümayiş etdiyi paltarlar arasında dərin dekolteli qara uzun geyimi pərəstişkarlarını xüsusilə heyran edib.
Hadidin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən 1,3 milyondan çox bəyənilib.