Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Best Model of The World - 2017” təmsilçimiz məlum oldu – FOTO
8-12 dekabr arasında Fransanın paytaxtı Paris şəhərində baş tutacaq modellər arasında keçirilən dünyanın nüfuzlu model yarışmalarından hesab edilən 30-cu “Best Model of The World – 2017”-də ölkəmizi Elxan Hüseyn təmsil edəcək.
Oxu.Az-a bu haqda layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib.
“Modelimiz beynəlxalq müsabiqəyə ciddi şəkildə hazırlaşır. Təmsilçimizin boyu 193 sm, yaşı isə 20-dir. Yaxın günlərdə ölkəmizi təmsil edəcək xanım model haqqında da məlumat verəcəyəm”,-deyə o bildirib.
Elxan Hüseyn 9 iyul 1997-ci ildə Masallı rayonunda anadan olub. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsində 4-cü kurs tələbəsidir. 2014-cü ildən etibarən professional modelliklə məşğuldur. Bu sahədə bir çox diplom və sertifikatlarla təltif edilib. 2014-2016-cı illərdə keçirilən Azərbaycanın bütün moda həftələrində (“Azerbaijan Fashion Week”, “Mersedes Benz Fashion Week Baku”) çıxış edib.
Aytən Sadıqzadə
www.oxu.az
"Fransa" teqi üzrə xəbərlər
- Üç Avropa ölkəsi Ukraynaya qoşun yeritməyə hazırdır
- Rusiyanın Marseldəki konsulluğuna HÜCUM ANI: Partlayış törədənlərin kimliyi təəccübləndirdi
- Azər Kərimli: "Fransanın neokolonializm siyasəti humanizmə qarşı elan olunmamış müharibədir"
- Makronla görüşündə Trampın əlində görünən qeyri-adi qançırın "sirri" nədir? - Ağ Ev açıqladı
- Tramp Makronu alçaltmaqda ittiham edilir