Erkan Özermanın təşkilatçılığı ilə İstanbulda keçirilən 29-cu “Best Model of the World” müsabiqəsinin final mərhələsi başa çatıb.

Oxu.Az xəbər verir ki, Ece Gürselin təqdimatında “Show TV”-də canlı yayımlanan müsabiqədə 20 qız, 20 oğlan iştirakçı mübarizə aparıb.

“Best Model of the World”də Türkiyəni təmsil edən Onur Seyit Yaran və Nigeriya təmsilçisi Joy Akpokinovo birinci seçilib.

Gecədə Emel Müftüoğlu, Rober Hatemo, Tuğba Yurt, Çağlayan Topaloğlu və Ömür Gedik kimi tanınmışlar çıxış edib.

Təmsilçimiz Yusif Cəfərli dünyanın “Top 5” model siyahısına daxil olub, “Best Catwalk” və medianın seçdiyi “Best Press” mükafatlarına, digər həmyerlimiz Zəhra Qaraxanova “Best Charm” mükafatına layiq görülüb.

Azərbaycanda yaşayan və Ukraynanı təmsil edən Günel Lionaliyeva isə “Best Friendship” mükafatını qazanıb.

Aytən Sadıqzadə
www.oxu.az