Amerikalı müğənni Beyons 2015-ci ilin ən gözlənilən filmi olan “Bozun 50 çaları” filminə saundtrek olacaq “Haunted” adlı mahnısına açıq-saçıq klip çəkdirib.
Oxu.Az xəbər verir ki, ekran işində sadomazoxizm, erotika və s. görüntülər yer alıb.Müğənni özü pərəstişkarları qarşısında erotik rəqslə çıxıb.
Klipdə Beyons transvestit, qaradərili qadın və bir sıra digər personajlarla qarşı-qarşıya gəlir.
Xatırladaq ki, E.L.Ceymsin qalmaqallı əsərinin motivi üzrə çəkilmiş “Bozun 50 çaları” ekranlara 2015-ci ilin fevral ayında çıxacaq. Bu yaxınlarda sosial şəbəkədə əsərin yeni treyleri yayılıb, gözlənildiyi kimi burada həddən artıq çox erotik və açıq səhnələr yer alıb.
Aytən Sadıqzadə