Dünya şöhrətli ifaçılar Beyons və Cey Zinin qızı Blu Ayvi “Grammy” mükafatlarında etdiyi hərəkətlərlə gündəm yaradıb.
Oxu.Az xəbər verir ki, altı yaşlı qız mərasimin ən çox danışılan şəxslərindən biri olub.
Belə ki, valideynləri səkkiz nominasiya üzrə namizəd olsalar da, heç bir mükafat qazana bilməyiblər. Bu hadisə isə İviyə pis təsir edib. O, sərt reaksiya verərək Beyons və Zinin mükafat alan həmkarlarını alqışlamasına əngəl olub.
Həmin anlar isə kameralar tərəfindən görüntülənib.

Pərviz Hüseyn
www.oxu.az