Təcavüz etməkdə günahlandırılan 78 yaşlı komediya ustası Bill Cosby tərəfindən təcavüzə uğradığını söyləyən 46 qadından 35-i danışıb.
Oxu.Az xəbər verir ki, “New York Magazine” açıqlama verən qadınların söylədiklərində diqqət çəkən bənzərliklər var.

Onlardan üçünün xoşagəlməz olayla bağlı söylədiklərini təqdim edirik:
Barbara Bowman

“Mən özümü məhkum kimi hiss edirdim, gizlənməyə ehtiyac duyurdum. Midtown Manhettan küçələrində addımlayarkən düşünürdüm ki, hər hansı biri Bill Cosby-nin mənə narkotik verdiyinə və təcavüz etdiyinə inanarmı? Mən olsam inanardınmı?”.
Victoria Valentino

“6 yaşındakı oğlum öldükdən qısa bir müddət sonra Cosby ilə tanış oldum. Mənə özümü daha yaxşı hiss edəcəyimi söyləyərək bir dərman verdi. Daha sonra məni sekslə məşğul olmağa məcbur etdi. Oradan necə qaça biləcəyimi düşünürdüm”.
Jewel Allsion

Bir model agentliyi vasitəsilə Cosby ilə tanış olan Jewel Allsion isə Cosby-nin ona şərab verdiyini və şərabın çox pis dadı olduğunu deyib.
“Başım fırlandı, özümü yaxşı hiss etməməyə başladım. Daha sonra olanlar oldu”.
Aytən Sadıqzadəwww.oxu.az