“Eyyubun ifasında Aygün Səmədzadənin Bakı haqqında mahnısını dinləyirdim. Gözlərimin dolduğunu görən qızım mənə sarıldı".
Oxu.Az tabloid.az-a istinadla xəbər verir ki, bu sözləri xalq artsiti Brilliant Dadaşova Facebook sosial şəbəkəsində yazıb.
"Bu qızımız Tovuzdan qonaq gəlmişdi. Evimizdə işləyən qadının qardaşı qızıdır. Uşaq orada ağır şərtlərdə böyüdüyünə görə onun istəyi ilə qızın Bakıda oxumasına kömək etdim, bizdə qalır. O, 5 yaşından mənə mama deyir. İki il bundan əvvəl gələndə bilsəydim elə o vaxt onu geri göndərməzdim. Çünki uşaqların şüur altında ağır həyat şərtlərinin izləri qalır və heç vaxt unudulmur”.