Xalq artisti Brilliant Dadaşova Yeni İli Bakıda keçirəcək.
Oxu.Az ANS PRESS-ə istinadən məlumat verir ki, bu günlərdə İstanbuldan vətənə dönən sənətkar özünün adı ilə bağlı olan lotereyaların birində iştirak etməklə sevənlərinə brilliant daşlar qazandırıb. Brilliant xanım sevənlərini Yeni İl ərəfəsində daha bir sürpriz ilə sevindirəcək.
Belə ki, Yeni İl çəkilişləri üçün müğənni məşhur “Yeni İl” mahnısını yeni versiyada ifa edib. Bundan başqa, B.Dadaşova yaxın günlərdə sevənlərini bir çox yaradıcılıq yenilikləri ilə sevindirməyə hazırlaşır.