Xalq artisti Brilyant Dadaşova sevilən “Apar məni” mahnısını dinləyicilərə yeni versiyada təqdim edib.
Oxu.Az xəbər verir ki, sözləri Cəlal Qurbanov, musiqisi Rüstəm Zeynallıya məxsus mahnı bir neçə il əvvəl oxunub. Mahnıya Türkiyədə çəkilən klip uğurla Türkiyə və yerli kanallarda yayımlanıb və musiqi dinləyicilər arasında hitə çevrilib.
Bunlara baxmayaraq aranjemandan məmnun qalmayan xalq artisti illər sonra sevilən mahnısını yenidən türk musiqiçiləri ilə ərsəyə gətirib. Bununla bərabər sənətkar xanım sosial şəbəkələrdə Maldiv adalarında klip çəkilişləri zamanı çəkilən fotolarını da paylaşıb.
Zərərli vərdişlərdən uzaq olub daim sağlam həyat tərzini təbliğ edən müğənninin xarici görünüşünün formada olması sevənləri tərəfindən rəğbətlə qarşılanıb.
Baku OnTheAir