Beynəlxalq koalisiyanın nümayəndələrinin təlim keçdiyi İraq ordusu, tezliklə “İslam dövləti” qruplaşmasına qarşı quru əməliyyatlarına başlayacaq, bunu ABŞ prezidentinin koalisiyada xüsusi nümayəndəsi Con Allen bəyan edib.
“Yaxın həftələrdə İraq qoşunlarının İraqı geri qaytarmaq məqsədi ilə quru kampaniyasına başladıqları zaman koalisiya güclü atəş dəstəyi göstərəcək”, - Con Allen İordaniya informasiya agentliyinə bildirib. Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
O, əsgərlərin təlimi ilə koalisiya ölkələrinin təlimçilərinin məşğul olduğunu, eləcə də “İslam dövləti” yaraqlıları ilə mübarizədə yerli tayfaların nümayəndələrinin də fəal iştirakını xüsusilə qeyd edib.
Daha öncə, ABŞ ordusunun sayı 4 min nəfərdən artıq olan İraq əsgərlərinin təliminə başlamasına dair məlumat verilmişdi. Hazırlıq dörd həftədən altı həftəyə qədər çəkir. İlkin olaraq İraq əsgərlərinin iki divizonu təlim keçəcək, məhz onlar yazda Mosulun zəbt edilməsində iştirak edəcəklər.
İraqın baş naziri Hayder əl-Abadi yanvarda İraq ordusunun iyul ayından Bağdaddan 160 km uzaqlıqda olan Tikrittə məskunlaşan “İslam dövləti” yaraqlılarına qarşı irimiqyaslı hücuma başlayacağını bəyan etmişdi.
Əl-Abadi “İslam dövləti” yaraqlıları ilə ayrılıqda mübarizə aparan 60 minə yaxın sünni və şiə qruplaşmalarını İraq ordusuna cəlb etmək niyyətindədir.
İyunda “İraq və Şam İslam Dövləti” qruplaşması işğal edilmiş İraq və Suriya ərazisində İslam xilafətinin yaradılmasını elan edib və bütün ekstremistləri sədaqət andı içməyə çağırıb.
Qruplaşma həmçinin adını “İslam Dövləti” adına dəyişib.
www.oxu.az